Bədənin femurdan sonra ən uzun sümüyü olan tibia baldırdakı iki sümükdən medial tərəfdə olandır. Proksimalda diz oynağında, distalda ayaq biləyi oynağında iştirak edir. Qırıqları ən gec sağalan sümükdür.
Extremitas proximalis (proksimal uc)
- Condylus medialis: Sümüyün üst ucunda diz oynağında iştirak edən hissənin medial hissəsidir. Digərinə (condylus lateralis) görə daha böyük və ovaldır.
- Condylus lateralis: Sümüyün üst ucunda diz oynağında iştirak edən hissənin lateral hissəsidir. Digərinə (condylus medialis) görə daha kiçik və yuvarlaqdır. Bu kondülün arxa-kənar hissəsində digər baldır sümüyü olan fibula ilə oynaq təşkil edən facies articularis fibularis deyilən bir oynaq səthi mövcuddur. Diz oynağında olan hər iki kondülün üst qisminə "tibia platforması" da deyilir.
Hər iki oynaq səthin bir-birinə yaxın hissəsindəki çıxıntılara eminentia intercondylaris deyilir. Bu çıxıntıların önündə üçbucağa bənzəyən sahəyə area intercondylaris anterior, çıxıntıların arxasında qalan üçbucağa bənzəyən sahəyə isə area intercondylaris posterior deyilir.
- Tuberositas tibia: Tibia-nın üst ucunun ön səthindəki çıxıntıdır.
- Margo anterior: Tibia-nın ön kənarı olan margo anterior və buranın iç tərəfində qalan tibia səthi sadəcə dəri ilə örtülmüşdür. Burada baş verən travmalar birbaşa sümüyə təsir edir və şiddətli periosteum (sümüküstlüyü) ağrısına səbəb olur.
- Linea musculi solei: Tibia-nın üst ucunun arxa səthində yuxarıdan aşağıya və xaricdən içəriyə doğru uzanan sümük silsilədir.
Corpus (gövdə)
Kəsiyi üçbucağa bənzəyir. Üç üzü və üç kənarı var. Bunlardan facies medialis sadəcə dəri ilə örtülüdür, rahatlıqla əllə hiss edilə bilir və baldıra ön tərəfdən gələn zərbələrdən daha çox zərər görür.
Extremitas distalis (distal uc)
- Malleolus medialis: Sümüyün alt ucunda iç tərəfdəki çıxıntıdır.
- Sulcus malleolaris: Malleolus medialis-in arxa səthindəki şırımdır.
- Facies articularis inferior: alt ucun talus sümüyünə baxan səthindəki oynaq səthinə deyilir.
Comments
Post a Comment