Os Fibula / İncik sümüyü

Baldırın lateral hissəsində olan incə bir sümükdür. Proksimal ucu diz oynağında iştirak etmir, distal ucu isə ayaq biləyi oynağında iştirak edir və tibia-dan bir az daha distal tərəfə uzanır.

📷 Efthymia Nikita-Osteoarchaeology A Guide to the Macroscopic Study of Human Skeletal Remain


- Malleolus lateralis - Fibula-nın distal ucuna deyilir.
- Caput fibulae - Fibula-nın proksimal ucuna deyilir. Aşağı ətrafların önəmli sinirlərindən bir neçəsi fibula-nın caput (baş) və collum (boyun) hissəsindən sümüyə söykənərək sümüyün çevrəsindən fırlanır. Buna görə də caput fibula sınıqlarında bu sinirlər zərər görə bilir.
- Tibia ve fibula’nın distal uc sınıqları: medial və lateral malleol-un sınmasına Pott sınığı (Dupuytren Sınığı), daxili və xarici malleol ilə tibia alt ucunun birlikdə sınmasına Cotton Sınığı, sadəcə tibia-nın alt ucunun sınığına Pilon və ya Pilafond sınığı deyilir.
-Tibiofibular çəngəl: Tibia və fibula-nın distal ucları ilə əmələ gəlir. İki dişli bir çəngəl şəklində olan bu səth trochlea tali ilə birlikdə ayaq biləyi oynağını əmələ gətirir.

Comments