Os Femoris / Bud sümüyü

Os Femoris – insan bədəninin ən uzun sümüyüdür, bud sümüyü də deyilir. Anatomik pozisiyada baxdıqda sümüyün üst ucları, alt uclarına nisbətdə bir-birlərinə daha uzaqdır, aşağıya doğru hər iki tərəfin femur sümüyü bir-birlərinə yaxınlaşırlar. Femur üzərində bir çox girintili-çıxıntılı yerlər var, ancaq ümumilikdə linea intertrochanterica və facies patellaris xaric hamısı sümüyün arxa tərəfindədir.

         📷 R.Martini, J.Nath - Fundamentals of Anatomy & Physiology, Pearson Publisher 2012

Extremitas proximalis (proksimal uc)
-Caput femoris (femur başı): Coxae sümüyündəki oyuğa oturaraq oynaq təşkil edir. Kürə şəklində səthi olub oynaq qığırdağı ilə örtülüdür. Oynaq səthinin mərkəzinə yaxın içə baxan hissəsində fovea capitis femoris (bura liqamentlər tutunur) deyilən nahamar bir sahə var.
-Collum femoris (femur boynu): Femur başını gövdəyə bağlayan nisbətən incə sümük hissədir. Anatomik pozisiyada femur başı gövdəyə və alt uca müqayisədə coronal səthə görə önə doğru 12°-14°-lik bucaq əmələ gətirir. Femurun boyun və gövdəsi arasında əlaqə fərdlər arasında müxtəliflik göstərməklə yanaşı 120°-130°-lik bir bucaq var. Buna collo-diaphyseal bucaq deyilir. Collo-diaphyseal bucaq uşaqlarda daha genişdir və yaşın artmasıyla normal ölçülərə gəlir. Bu bucağın normaldan dar olmasına coxa vara, normaldan geniş olmasına coxa valga deyilir.
-Trochanter major: Sümüyün üst ucunun kənar yan (lateral) tərərində olan böyük çıxıntıdır. Çox sayda əzələ lifinin tutunmasın nəticəsində olduqca nahamar formaya sahibdir və bədənin xaricindən əllə rahatlıqla hiss edilə bilir.  Trochanter major-un təpəsi femur başının mərkəzi hizasındadır, dolayısıyla buranın əl ilə müayinəsi ilə ayaq oynağının pozisiyası haqqında informasiya əldə etmək olur. Sağlam fərdlərdə hər iki tərəfin trochanter major-unun təpələri eyni horizontal səth üzərində olmalıdır. Sümüyün bu hissəsinin qırılması zamanı çox qan itirilməsi səbəbiylə xəstə şoka girə bilir.  Bu çıxıntının ayaq oynağına baxan iç səthində olan kiçik çuxurluğa fossa trochanterica deyilir.
-Trochanter minor: Sümüyün üst ucunun iç-arxa (medial) tərəfində olan kiçik çıxıntıdır.
-Crista intertrochanterica: Trochanter major ilə trochanter minor-un arasında və sümüyün arxa səthində uzanan sümük silsilədir.
-Linea intertrochanterica: Trochanter major ilə trochanter minor-un arasında və sümüyün ön səthində uzanan sümük silsilədir.
Corpus femoris (gövdə)
Femur-un gövdəsi kiçik bir hissəsi xaric tamamilə silindrik formadadır. Daha öncə də qeyd edildiyi kimi femur-un ön səthində heç bir girinti və ya çıxıntı yoxdur. Arxa səthində isə sümüyü uzunlamasına qət edən və linea asperae deyilən qalın bir sümük silsilə var. Linea asperae sümüyün gövdəsində labium lateralelabium mediale deyilən iki kənar şəklində görünür. Bu xətt sümüyün üst ucuna yaxınlaşdıqca iki hissəyə ayrılır.
-Tuberositas glutea: olduqca nahamar olub linea asperae-nin labium laterale-sinin yuxarısına, trochanter major-a doğru bir uzantı şəklindədir.
-Linea pectinea: Linea asperae’nin yuxarıya doğru olan ortadakı uzantısı olub trochanter minor-a yönəlmişdir. Ən içdəki uzantı isə linea asperae-nin labium mediale-sinin bir uzantısı şəklində olub trochanter minor-un altından dönərək linea intertrochanterica ilə birləşir.
-Facies poplitea: Labium mediale linea asperae ve labium laterale linea asperae sümüyün alt ucuna doğru bir-birlərindən uzaqlaşaraq aralarında üçbucağa bənzəyən və facies poplitea deyilən bir sahə əmələ gətirirlər. Bu üçbucaq sahənin iç kənarındakı linea supracondylaris medialis aşağıda epicondylus medialis ilə tuberculum adductorium deyilən bir çıxıntı ilə birləşir.
Extremitas distalis (distal uc)
Sümüyün üst ucuyla müqayisədə daha genişdir və hər iki yanında diz oynağında rol oynayan və oynaq qığırdağı ilə örtülü olan condylus medialiscondylus lateralis var. Bu oynaq səthləri ön tərəfdə birləşir və patella sümüyünün oturduğu yer facies patellaris-i əmələ gətirir. Arxa tərəfdə hər iki condylus-un ortasındakı çuxur hissəyə fossa intercondylaris deyilir.
Proximal (lat. proximus) – ən yaxın
Distal (lat. distare) – ən uzaq
Anatomiyada bədənə yaxınlığı və uzaqlığı ifadə edir.

Comments