Ellis Kerley Kimdir?

Ellis R. Kerley (1924-1998)

📷 aafs.org

Ellis Kerley amerikalı antropoloq və həmçinin Məhkəmə antropologiyası sahəsinin qabaqcıllarından biridir, hansi ki, bu sahə xüsusilə cinayət araşdırmaçıları üçün və insan qalıqlarının müəyyənləşdirilməsi baxımından önəmlidir. Daha çox nümunələrin yaş təyini işi ilə tanınan Kerley həmçinin Koreya və Vyetnam müharibələrində geri verilmiş amerikalı əsgərlərin qalıqlarını kimlikləndirərək töhfələr verdi.
Doktor Kerley Amerika məhkəmə antropologiyası tarixində əhəmiyyətli bir simadır. O, insan sümüyündən ölüm zamanındakı yaşın təxminində mikroskopik yanaşmanın qabaqcılı kimi tanınır. 22 il universitet müəllimi olan Kerley, Havaydakı Mərkəzi Kimlikləndirmə Laboratoriyasının Elmi Direktoru vəzifəsini icra etdi və bir çox yüksək profilli məhkəmə işlərində çalışdı. AAFS-ın (American Academy of Forensic Sciences) Fiziki Antropologiya bölməsinin və Amerika Məhkəmə Antropologiyası İdarə Heyətinin formalaşmasında böyük rolu olmuş və 1990-1991-ci illərdə AAFS-ın Prezidenti olmaqla yanaşı bir çox vəzifələri icra etmişdir.

Qaynaq: https://www.elliskerleyfoundation.org/dr-ellis-r-kerley.html

Comments