Wilton Marion Krogman Kimdir?

Wilton Marion Krogman (1903-1987)


Şimali Amerikada fiziki antropologiyanın inkişafında Wilton Marion Krogman qədər təsirli olanlar azdır. 1980-ci ilə qədər ABŞ-ın bu sahədəki institutlarından demək olar ki, dərəcələri olan bütün mütəxəssislər ya Harvarddakı Ernest Hootonun, ya da əvvəlcə Çikaqo Universitetində, daha sonra Pensilvaniya Universitetində çalışan Krogmanın davamçıları kimi çıxış etmişlər. 1927-ci ildə ortaya çıxan ilk peşəkar nəşri primatologiyada diş üzərində aparılan ilk əhatəli araşdırma idi və bu araşdırma Krogmanın uzun karyerası boyunca aktiv olduğu diş antropologiyasının alt sahəsinin təməli kimi qəbul edildi. Sonrakı yazılarında osteologiya, genetika, tibbi antropologiya, paleoantropologiya, ədli antropologiya və insan mühəndisliyinə də töhfələr vermişdir. Lakin onun əsas töhfələri uşaq böyüməsi və inkişafı, həmçinin ədli antropologiya (forensic anthropology) sahələrinə olub. Ədli antropologiya praktik olaraq Krogman tərəfindən icad edilmişdir və onun "Ədli tibbdə insan skeleti" (1962) kitabı tibb və polis mütəxəssisləri üçün eyni dərəcədə önəmli qaynaq sayılmaqdadır.
Kitabları: "İnsanın böyüməsi" (1941), "Uşaqların fiziki böyüməsi" (1956), "Ədli Tibbdə insan skeleti"(1962),"Uşaq böyüməsi" (1972)

Qaynaq: The National Academies Press, Biographical Memoirs: V.63 (1994), Chapter: 11. Wilton Marion Krogman, page 293

Comments