İnsan bədəni
şaquli vəziyyətdə, qollar aşağı sallanmış və ovuclar önə baxan vəziyyətdə təsvir
edilir. Buna anatomik pozisiya deyilir. Ayrı-ayrı üzvlərin, sümüklərin vəziyyətini
və yerləşməsini düzgün təsvir etmək üçün bir neçə səthdən istifadə olunur.
Transvers (horizontal) səth
– yer səthinə paralel gedərək bədəni yuxarı və aşağı şöbələrə bölür. Bu eyni
zamanda frontal və sagittal səthlərə perpendikulyar olaraq keçirilən səthə
deyilir.
Coronal (frontal) səth –
alına paralel gedərək bədəni ön və arxa şöbələrə bölür və sagittal səthə
perpendikulyar olan şaquli səthə deyilir.
Sagittal səth – bədən
arxaya doğru gedərək bədəni sağ və sol şöbələrə bölür.
Orta (medial)
səth – öndən arxaya doğru gedərək bədəni simmetrik olaraq sağ və sol şöbələrə
bölür.
Beləliklə aydın olur ki,
bədəndən bir orta səth keçirmək mümkün olduğu halda, istənilən qədər sagittal səth
keçirmək olar. Məlum olur ki, frontal və sagittal səthlər eyni zamanda
şaqulidir.
Hər bir üzvün vəziyyəti
(səthləri) yuxarıda təsvir olunan səthlərə müvafiq təyin olunur.
Qaynaq: Əliyev Ə.H., Məhərrəmov Ş.A., Əliyeva F.Ə., İnsan anatomiyası. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2007, 5-6 s.
Comments
Post a Comment